Parlament "Facebook"la bağlı arzuolunmaz hesabat hazırladı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidFeysbuk səhifəsi, arxiv şəkli
Feysbuk səhifəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ingiltərə parlamenti "Facebook"la bağlı hesabat hazırladı

BAKI, 18 fevral — Sputnik. İngiltərə parlamentində "Facebook"la bağlı yeni bir hesabat hazırlanıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hesabat xarakterli bu materialda Mark Zukerberq və onun rəhbəri olduğu "Facebook" haqda bir sıra qarşı sərt iddialar yer alıb. Burada sosial şəbəkənin yalan xəbər və yanlış informasiya verdiyi qeyd olunur.

Facebook səhifəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Facebook"suz həyat daha xoşbəxt olurmuş

Hesabatda 2014-cü ildən bu yana İngiltərədə keçirilən seçkilərdə kənar müdaxilənin olub-olmamasını araşdırmaq üçün müstəqil bir araşdırmanın aparılması üçün də çağırış ediləcəyi vurğulanıb.

"Facebook" rəhbərliyi özünü qanunlardan daha üstün tutur. Facebook-un verdiyi açıqlamalar düzgün deyil, bunlar yalandır. Rəhbər Mark Zukerberq İngiltərənin millət vəkillərinə hörmətsiz davranır" - deyə parlamentdə təqdim olunan hesabatda bildirilib.

Qeyd edək ki, 110 səhifədən ibarət olan hesabatda 170 fərqli iddia yer alıb.

Xəbər lenti
0