BAKI, 18 fevral — Sputnik. Bu il fevral ayının 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən "Maarifçi Qriqoriy" kilsəsinin qarşısından, təxminən 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilib.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq adam orada vəfat edib.
© AR Ministry of Internal AffairsNaməlum kişi meyiti
![DİN naməlum şəxsin şəklini yayıb DİN naməlum şəxsin şəklini yayıb - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41946/44/419464465_0:0:960:1280_600x0_80_0_0_2f17dc9ab865872e9e88950706bd4896.jpg)
Naməlum kişi meyiti
© AR Ministry of Internal Affairs
Məlumata görə, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.