CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neftçalalı stilist dünyanı necə fəth etdi

Abunə olmaq
Azərbaycanın qalib stilistləri ən dəbli gəlin obrazlarını nümayiş etdirdilər. Onlar həm də bu yaxında qalib olduqları çempionatla bağlı təəssüratlarını bizimlə bölüşdülər.

Dünyanın ən tanınmış stilistləri və modelyerləri bu yaxınlarda Bakıda Toy makiyajı və saç düzüm və “Dress of the World” (Dünya Donu) üzrə dünya çempionatlarında öz hünərlərini nümayiş etdiriblər.

Gözəllik ondur... Bakıda toy makiyajı və saç düzümü üzrə dünya çempionatı keçirilib  - Sputnik Azərbaycan
VİDEO
Gözəllik ondur... Bakıda toy makiyajı və saç düzümü üzrə dünya çempionatı keçirilib

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin qonağı olan Dünya Gözəllik Konqresinin direktoru Zamir Hüseynov bu çempionatın Azərbaycan üçün nə kimi xeyri dəydiyindən danışıb. Onu ən çox sevindirən hal isə bizim milli komandamızın olduqca həmrəy və güclü olmasıdır. Maraqlıdır ki, paytaxtdan yox, məhz rayondan iştirak edən stilistlər həm ötən il Dubayda, həm də bu il Azərbaycanda dünya çempionu tituluna nail olublar.

Belə qaliblərdən biri, Neftçalanı təmsil edən və toy saç düzümü üzrə birinci yerə sahib olan Əminə Əsgərova bu gün bizim üçün toy obrazı üzrə əsl ustad dərsi nümayiş etdirib. Çempionata qədər bircə gün belə hazırlaşmayan Əminə yaradacağı obraza da məhz yarış günü qərar verib və qərarında da yanılmayıb.

Xəbər lenti
0