Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş infeksionist Azərbaycanda hepatit viruslarının yayılmasından danışır

© Photo : AZƏRTACAzərbaycanın baş infeksionisti Cəlal İsayev
Azərbaycanın baş infeksionisti Cəlal İsayev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, ölkəmizdə hepatit B virusuna yoluxma halları kəskin azalıb
Cəlal İsayev: “Ölkə əhalisinin təxminən 2 faizini hepatit B və C viruslarına yoluxub”

“Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur. Hazırda bu viruslara yoluxanlar ölkə əhalisinin təxminən 2 faizini təşkil edir”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın baş infeksionisti Cəlal İsayev söyləyib.

“Xəstəliyin profilaktika və müalicəsi Azərbaycanda dövlət proqramına daxil edilib. Bu növə qarşı peyvəndin aparılması xüsusi qeyd olunmalıdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb. Proses bütün uşaqları əhatə edir. Bunun nəticəsidir ki, ölkəmizdə hepatit B virusuna yoluxma halları kəskin azalıb. Hazırkı dövrdə hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlkindən 24-25 dəfə aşağı düşüb. Hepatit xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda ümumi qəbul edilmiş bir sıra profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlərə xəstəxana və tibb müəssisələrində alətlərdən istifadədən əvvəl onların dezinfeksiya olunmasına, birdəfəlik alətlərin istifadəsinə üstünlüyün verilməsinə nəzarət daxildir. Lakin bununla kifayətlənmək olmaz. Gözəllik salonlarında və bu kimi digər obyektlərdə də hepatit xəstəliyinin yayılmaması üçün profilaktik tədbirlər mütləq görülməlidir. ”, – deyə, C.İsyaev vurğulayıb.

Baş infeksionist Cəlal İsayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0