BAKI, 16 fevral — Sputnik. Samvel Meliksetyan Ermənistan Milli Məclisinin sədrinin müavini təyin edilib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Qraparak" nəşri məlumat verir.
Nəşr yazır ki, Meliksetyan Ararat Mirzoyanın yaxın dostudur.
Nəşr yazır ki, daha əvvəl Melisketyan Mirzoyanın vasitəçiliyi ilə Karen Dəmirçyan adına idman-konsert kompleksi direktoru səlahiyyətlərini icra edib: "O, bu vəzifəyə rəsmi təyinata da ümid edib. Lakin bu vəzifəni baş nazirinin müavini Tiqran Avinyanın himayədarı – "Şarm" şirkətin prodüseri Karen Kazaryan da istəyib. Bu "mübarizədə" Avinyan qələbə qazanıb" - deyə "Qraparak" cavab yazıb.
Nəşr yazır ki, inqilaba qədər Meliksetyan "Ani" mehmanxanasında turist avtobusunun sürücüsü işləyib.