BAKI, 16 fevral — Sputnik. Prezident İlham Əliyev Siyavuş Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnık Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, fevralın 17-də Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun 50 yaşı tamam olur.