CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müşviq Ələsgərli: “Onlayn medianın inkişafına dəstək üçün zərurət yaranıb”

Abunə olmaq
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyir ki, onlayn medianın fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilk bazası formalaşdırılmalıdır
Müşviq Ələsgərli: “Mövcud reklam bazarı ilə onlayn medianı saxlamaq mümkün deyil”

“Onlayn medianın özünün maliyyə mənbələri olmalıdır. Mövcud reklam bazar şəraitində bizdə olan böyük həcmli onlayn medianı saxlamaq mümkün deyil”, - bu fikirləri Sputnik Azərbaycana Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli bildirib.

“Hazırda onlayn medianın inkişafına dəstək üçün zərurət yaranıb. Amma bu dəstək verilməzdən öncə onun hüquqi əsasları hazırlanmalıdır. Yəni onlayn medianın fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilk bazası formalaşdırılmalıdır. Bunun üçün ya bizim mövcud qanunvericilikdə dəyişikliklər edilməlidir, ya da yeni qanun vericilik aktı hazırlanmalıdır. O cümlədən, Mətbuat Şurasının səlahiyyəti və strukturu barədə qanun yenilənməlidir”,- deyə o, bildirib.

Mətbuat Şurasının İdarə Heyəti KİV-lərin dövlət tərəfindən maliyyələşməsi şərtlərinin dəyişməsindən sonra yaranmış vəziyyəti, internet media resurslarının maliyyələşməsi məsələlərini müzakirə edib.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0