Qazaxıstanda bağça müdiri tərbiyəçini döyüb

Abunə olmaq
Qəzəblənən müdir tərbiyəçiyə yumruqla hücum edib

BAKI, 16 fevral — Sputnik. Qazaxıstanın Aktau şəhərində bağça müdiri tərbiyəçini döyüb. Sputnik Azərbaycan xəbər verir ki, tərbiyəçi qadın xəstəxanaya beyin silkələnməsi ilə qəbul edilib. Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. Videoda gənc qadın başı qan içində görüntülənir.

Bu mürəkkəb hadisəyə Mangistau rayonunun səhiyyə şöbəsindən şərh verilib. Qeyd edilib ki, hadisə fevralın 14-də Aynalayn uşaq bağçasında baş verib.

Tərbiyəçinin sözlərinə əsasən, o həqiqəti dediyinə görə döyülüb. Müdir isə pis vəziyyətə qoyulduğunu deyib.

Tərbyəçi Asıl Utepovanın sözlərinə görə, o bağçada baş verən qanunsuzluqları videoya çəkib. O, qeyd edib ki, kiçik qruplarda olan uşaqlar demək olar ki, qidalandırılmır. Belə ki, onlara 1 çay qaşığı sıyıq verilirmiş. Bir dolça kompot 20 uşaq arasında bölüşdürülmüş.

Tərbiyəçinin sözlərinə əsasən, video valideynlərə çatıb və onlar direktor Gülcanat Muratbayla vəziyyəti aydınlaşdırmağa gəliblər. Qəzəblənən müdir isə tərbiyəçiyə yumruqla hücum edib və onun başına stəkanla vurub.

Xəbər lenti
0