Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb

© Sputnik / Anar MustafayevQandallanmış şəxs, arxiv şəkli
Qandallanmış şəxs, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Masallı rayon sakini Mirağa Salayevin üzərində 1kiloqram 50 qram heroin aşkar edilərək götürülüb

BAKI, 16 fevral — Sputnik. Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyidbəyov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 10,145 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Seyid” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı bildirib.

© AR Ministry of Internal AffairsCeyhun Seyidbəyov
Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb - Sputnik Azərbaycan
Ceyhun Seyidbəyov

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamət şöbə əməkdaşlarınını həyata keçirdikləri növbəti əməliyyat nəticəsində “Seyid” adlı şəxs qısa zamanda müəyyən edilib. Həyata keçirilən əməliyyat nəricəsində narkotik maddələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Masallı rayon sakini Mirağa Salayev tutularaq istintaqa təqdim edilib. Onun üzəində şəxsi axtarış aparılan zaman iki büküm, ümumi çəkisi 1kiloqram 50 qram heroin aşkar edilərək götürülüb.

© AR Ministry of Internal AffairsMirağa Salayev (Seyid)
Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb - Sputnik Azərbaycan
Mirağa Salayev (Seyid)

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0