Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Deputat: “Qanun meyit donordan orqan köçürülməsi üçün kifayət deyil”

© Sputnik / Murad OrujovMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin Səhiyyə komitəsinin üzvi Musa Quliyev deyir ki, artıq işçi qrupu tərəfindən yeni qanun üzərində işlər gedir
Musa Quliyev: “Hazırda başqa ölkələrin də praktikasını öyrənirik”

“1999-cu ildə “İnsan orqan və toxumaların transplantasiyası haqqında” qanun qəbul edilib. Bu gün də həmin qanun qüvvədədir. Lakin meyit donordan orqanın köçürülməsi üçün bu qanun kifayət deyil”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvi Musa Quliyev deyib.

“Bu məqsədlə Milli Məclisin Səhiyyə komitəsində işçi qrupu yaradılıb. Artıq işçi qrupu tərəfindən yeni qanun üzərində işlər gedir. İşçi qrupu qanun layihəsini hazır hesab etdikdə isə onu Səhiyyə komitəsinin müzakirəsinə təqdim edəcək. Komitənin müzakirəsindən sonra isə rəylərinin alınması üçün qanun layihəsi müvafiq nazirliklərə göndəriləcək. Daha sonra işçi qrupu verilən təklifləri dəyərləndirəcək. Yalnız bundan sonra qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq. Komitə məsləhət görərsə, Milli Məclisə tövsiyə ediləcək. Hazırda meyitdən donor köçürülməsi təcrübəsini mənimsəmək üçün başqa ölkələrin də praktikasını öyrənir, mütəxəssislər dəvət edirik. Türkiyənin "Orqan Donorluğu" adlanan qurumu ilə də bu istiqamətdə müzakirələr aparılır. Müzakirə edilən qanun layihəsi üçün onların da rəyini öyrənəcəyik” – deyə millət vəkili əlavə edib.

Musa Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0