Səddam Hüseynin nəvəsi babası haqda bəzi detallara aydınlıq gətirdi

© AFP 2024 / Photo by INA İraq prezidenti Səddam Hüseynin britaniyalı deputat Corc Qalloveylə görüşü (08.08.2002), arxiv şəkli
İraq prezidenti Səddam Hüseynin britaniyalı deputat Corc Qalloveylə görüşü (08.08.2002), arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Adı açıqlanmayan kitabın son fəsli Səddam Hüseynin edamı haqdadır

BAKI, 15 fevral — Sputnik. İraqın sabiq prezidenti Səddam Hüseynin nəvəsi 2003-cü ildə ölkədən necə qaçmaları haqda ilk dəfə olaraq yazdığı kitabda məlumat verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, sabiq prezidentin nəvəsi Harir Hüseyn Kamil 2003-cü ildə ABŞ əsgərlərinin İraqı işğal etməsinin ardından xilas olmaq üçün İraq-Suriya sərhəddini yürüyərək tərk etdiklərini deyib: "Mən İraq vətəndaşı Səddam Hüseynin qızı Rağdatın övladıyam. O zaman, 2003-cü ildə sərhədi qaçaraq tərk etməklə özümüzü böyük riskə atmışdıq. Həmin gün hər yer soyuq və qaranlıq idi. Xilas olunmaq üçün bir neçə gün Suriyada qaldıq. Daha sonra İordaniya Haşimilər Krallığı tərəfindən qonaq edilərək burada qalmalı olduq. İraq pasportuna sahib olmadığımız üçün bizə burada pasport verildi. Hətta aylıq vəsait və qalmaq üçün ev də verildi. Hazırda da biz bu şəraitdə yaşayırıq".

Kamil ailəsinin, xüsusən də ana və bacılarının davamlı olaraq təhdidlər altında yaşadığını bildirib.

O kitabında İngiltərədən aldıqları təkliflərdən də söz açıb: "İngiltərədə yaşamaq üçün bizə təklif edildi. Bu təklifdə bir şərt də irəli sürülmüşdü: siyasi fəaliyyətin olmaması".

Qeyd edək ki, adı açıqlanmayan kitabın son fəsli Səddam Hüseynin edamı haqdadır.

Xəbər lenti
0