CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Röya ilə Miri Yusif dinləyicilərinin enerjisini "full" doldurdu

Abunə olmaq
Ötən gün Azərbaycanın ən çox sevilən ulduzlarından olan, Əməkdar artist Röya və Miri Yusif dinləyicilərinə xüsusi Sevgililər Günü sovqatı hədiyyə etdi. Konsertin ən maraqlı məqamlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Konsertdə o qədər insan var idi ki, necə deyərlər, iynə atsaydın yerə dəyməzdi. Ulduzlar, sözün əsl mənasında, izdiham yaratmağı bacarmışdılar.

Konsert səmimi ünsiyyəti ilə seçilən və sevilən Röyanın solo ifası ilə başladı. O, həmişəki kimi zarafatları, dəqiqliklə düşünülmüş səhnə obrazı və bənzərsiz səsi ilə hər kəsi bayram ab-havasına kökləyə bildi. Miri Yusiflə duetlərini isə zalla birgə oxudular desək, yanılmarıq. Deyəsən, ulduzların özü də dinləyicilərin hər mahnını əzbər bilmələrini heyrət qarşıladılar.

Musiqili gecəni isə Miri Yusif möhətəşəm ifası ilə bitirdi. Əminik ki, bu bağlanış mərasimi iştirakçıların hər birinə zövq verdi.

Konsert boyunca bu iki ulduzun nə üçün bu qədər sevildiyinin bir daha canlı şahidi olduq. Çünki onlar bütün zalı ələ almağı çox yaxşı bacardılar. Dinləyiciləri öz şoularının bir hissəsinə çevirmək, qonaqların kameralarını alıb özlərini çəkmək və səhnədə olduqca sərbəst davranmaqla. Onlar bu işi bilirlər, bacarırlar, nümayiş etdirirlər.

Qeyd edək ki, bu, Röya və Miri Yusifini ilk birgə konserti oldu. Konsert “Electra Events Hall”da keçirildi.

Xəbər lenti
0