CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeni yarmarka təşkil olunacaq

© Sputnik / Irade JELILYarmarkalarda satılan çərəzlərin qiymətləri müxtəlifdir
Yarmarkalarda satılan çərəzlərin qiymətləri müxtəlifdir - Sputnik Azərbaycan
Abunə olmaq
Yarmarkanın keçirilməsində məqsəd kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır

BAKI, 15 fevral — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkəti növbəti bayram yarmarkası təşkil edəcək. Bu barədə Sputnik Azərbaycan-a Aqrar Ticarət Şirkətin mətbuat xidmətinin rəhbəri Mayis Musayev məlumat verib.

Novruz süfrəsi - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Novruz bayramı neçəyə başa gəlir?

O bildirib ki, mart ayında, Novruz bayramından əvvəl yarmarka təşkil olunacaq: "Belə ki, yarmarka martın 15-dən 21-nə qədər, Nizami küçəsi 154 (28 May metrosunun yaxınığında) ünvanında baş tutacaq. Martın 15-dən etibarən 1 həftə ərzində keçiriləcək yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər".

"Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər" - deyə M.Musayev vurğulayıb.

Mətbuat katibi deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək: "Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub".

Qeyd edək ki, yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

M.Musayev sonda vurğulayıb ki, martın 21-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.

Xəbər lenti
0