Rahim Zakiroğlu,Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları silahlı şəxsi saxlayıblar. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata əsasən, Astra RPŞ əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kən sakini, əvəllər Rusiya Federasiyasında və Azərbaycan Respubikasında Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə məhkum olunmuş Babali Əlizadə saxlanılıb.
Saxlanılarkən B.Əlizadə müqavimət göstərməyə çalışsa da, polis əməkdaşlarının sayıqlığı nəticəsində müqavimətinin qarşısı alınaraq polis şöbəsinə gətirilib. Saxlanılan Babali Əlizadənin üzərinə keçirilən baxış zamanı 2 bükümdə narkotik vasitə olan heroin və bir ədəd "Makarov" tipli tapança, həmin silaha aid patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.