Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransının mövzusu da ölkədə gündəlik təcrübədə informasiya texnologiyalarının tətbiqi, sənədlərin internet vasitəsilə icrası, kompüter təhlükəsizliyi və s. olub.
Konfransda iştirak edən İT sahəsi üzrə mütəxəssis, professor Vahid Qasımov Azərbaycanda elektron hökumətin bərqərar olması və vahid elektron məlumat bazasının yaradılmasının önəmindən danışdı. Onun sözlərinə görə, biz buna artıq ASAN Xidmət misalında qismən nail ola bilmişik. Bu sistemin qurulması hökumətə əhalinin məişət problemlərini daha operativ şəkildə həll etməyə yardım göstərəcək.