Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Çeçenlərlə azərbaycanlılar arasındakı kütləvi davanın təfərrüatı ortaya çıxıb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidАвтомобили полиции на улице Москвы, фото из архива
Автомобили полиции на улице Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis "Neolit" kafesində baş verən hadisə ilə bağlı 25 nəfərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır

BAKI, 15 fevral — Sputnik. Moskvada azərbaycanlıların iştirakı ilə baş vermiş kütləvi davanın bəzi detalları məlum olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlılara məxsus "Neolit" kafesində baş verən hadisə ilə bağlı polis 25 nəfərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Автомобиль полиции на улице Москвы, фото из архива - Sputnik Azərbaycan
Moskvada kütləvi dava düşüb, azərbaycanlı iş adamı yaralanıb

Məlumata görə, hadisə zamanı iki polis yüngül xəsarət alıb. Hadisə yerindən 5 bıçaq, 2 ədəd "Grand Pover" markalı travmatik tapança və 1 ədəd MR-80-13T markalı tapança götürülüb.

Şahidlərinin sözlərinə görə, 22:30 radələrində 30-40 nəfər şəxs kafeyə daxil olaraq, mebelləri sındırmağa başlayıb. Hücum edənlərdən 4 nəfəri restoranın işçilərindən müşahidə kamerasının video-qeydiyyatının harada yerləşdiyini tələb edib. Onlar həmin qeydiyyat cihazını özləri ilə aparıblar.

Hadisə şahidlərindən biri polisə bildirib ki, münaqişə çeçenlər ilə azərbaycanlılar arasında baş verib. Məlumata görə, "Neolit" kafesinin rəhbəri Yaşar Əliyev öz dəstəsi ilə bir çeçeni döyüb.

Bunun qarşılığında çeçen diaspor nümayəndələri kafeyə hücum ediblər. Şahidlər hücum edənlərin çeçen dilində danışdıqlarını bildiriblər.

Qarşıdurma zamanı "Neolit" kafesinin sahibi kürəyindən xəsarət alıb. Hadisə ilə bağlı xuliqanlıq ittihamı ilə cinayət işi açılıb.

Rusiya KİV-nin yazdığına görə, son iki ildə polisə "Neolit" kafesinin fəaliyyəti ilə bağlı yerli sakinlərdən 62 şikayət daxil olub.

Xəbər lenti
0