Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əlavə Dəyər Vergisinin ləğv edilməsi təklif olunur

© Sputnik / Murad OrujovНалоговый кодекс Азербайджанской Республики
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
"Sadələşdirilmiş vergi üzrə faiz dərəcəsi çox aşağı olduğuna görə, bonus sistemin həmin istiqamətdə tətbiqi çox çətindir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. "Vergi Məcəlləsi ilə nağdsız ödənişlərin artırılması və dövriyyələrin rəsmiləşdirilməsi məqsədilə bu ildən nəzərdə tutulan Əlavə Dəyər Vergisinin (ƏDV) qaytarılması təşviqi ayrı-seçkilik yaradır. Dəyişiklik alış-verişin mikro sahibkardan deyil, ƏDV ödəyicisi olan kiçik və orta sahibkardan edilməsi ilə nəticələnə bilər. Bu, yalnız ƏDV ödəyicisindən alınan mallara şamil olunur. Təklif edirəm ki, bu, tək ƏDV ödəyicilərinə deyil, bütün vergi ödəyicilərinə şamil olunsun". 

Женщина с мобильным телефоном и деньгами в руке, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mağazalarda xərclədiyiniz pulun bir hissəsi sizə qaytarılacaq, amma bir şərtlə

Bunu "Marja"ya "World Hope International Azerbaijan"ın baş mühasibi Elşən Orucov deyib. Sputnik Azərbaycan məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, mikro sahibkarlar sadələşdirilmiş vergi ödəyiciləridir: "Söhbət illik dövriyyəsi 200 min manatadək olan və işçilərinin sayı 10-dək olan sahibkarlardan gedir. Bunlar, məhz mikro sahibkarlardır. Amma, ümumiyyətlə, bu tip bonus sisteminin mikro sahibkarlara aid edilməsi real görünmür. Çünki mikro sahibkarlar 2 faiz vergi ödəyirlər. Nəticə etibarı ilə bonus sistemi verginin bir hissəsini qaytarır. Bonus sistemi ilə verginin 2 faizinin yarısı qaytarılsa, bu, 1 faiz vergi deməkdir. Bu, istehlakçılar üçün tam cəlbedici olmayacaq".

Ekspertin sözlərinə görə, adətən, bonus sistemi verginin nisbətən daha çox olduğu xidmətlərə və məhsullara tətbiq edilir: "Məqsəd istehlakçılar vasitəsilə sahibkarları şəffaf fəaliyyətə cəlb etməkdir. İstehlakçı çek tələb edir və nəticədə sahibkar çek vermək məcburiyyətində qalır. Mikro müəssisələr sadələşdirilmiş vergi subyekti olaraq güzəştdən istifadə edirlər və 2 faiz vergi ödəyirlər. Sadələşdirilmiş vergi üzrə faiz dərəcəsi çox aşağı olduğuna görə bonus sistemin həmin istiqamətdə tətbiqi çox çətindir və praktiki olaraq real da görünmür".

"İndiki məqamda ƏDV ödəyiciləri üçün belə bir güzəştin tətbiq edilməsi məntiqlidir. Nəticədə hökumət istehlakçıları prosesə cəlb etməklə sahibkarların vergi öhdəlikləri ilə bağlı məsuliyyətini artırmağa çalışır" -  deyə iqtisadçı bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə düşünür ki, ƏDV ödəyiciləri olmayan biznes subyektlərə də güzəştlərin yayılması iqtisadi proseslərin stimullaşdırılması və sosial siyasət baxımından çox müsbət olardı: "Qərarları vermək məsələnin bir tərəfidir. Amma qərarların icra mexanizmi olmalıdır. Bu gün ƏDV seqmentinə aid olan sahələrə fikir versək, görərik ki, hələ icra mexanizmləri yoxdur. Və bunun hansı effektivliklə icra olunacağı da sual doğurur. Burada söhbət ƏDV ödəyicilərindən gedir. Əgər bunu mikro biznesə də şamil etsək, alıcı və satıcılarda böyük qarışıqlıq, çaşqınlıq əmələ gələ bilər. Vergilərlə bağlı daha yumşaldılmış faiz dərəcələrinə getmək daha məqbul olar". 

Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vergi güzəştləri ilə bağlı yeni təklif var

Onun fikrincə, Azərbaycan iqtisadiyyatı ƏDV-dən tədricən xilas olmalıdır: "ƏDV yüksək texnoloji, elm tutumlu sahələrin, emal sənayesinin inkişafına ən ciddi maneələrdən biridir. Və iqtisadi artıma çox ciddi şəkildə mane olur. Ona görə ƏDV-nin müəyyən hissəsinin qaytarılması deyil, ümumiyyətlə, bu verginin digər vergilərlə əvəz olunmasının tərəfdarıyam". 

Ekspertin qənaətincə, satışdan ödənilən vergilər ƏDV-dən daha effektiv olar: "Düzdür, ƏDV-nin tətbiqi müəyyən mənada inzibatçılıq nöqteyi-nəzərdən rahatdır. Amma digər tərəfdən ƏDV inflyasiya yaradır, ƏDV-nin hesablanması mürəkkəb olduğu üçün əlavə mühasiblər ordusu tələb olunur".

"Ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-nin geri qaytarılması mürəkkəb mexanizmdir. Bunu tətbiq etməkdənsə, son vergi islahatlarına tədricən ƏDV-nin azaldılmasını daxil etmək daha məqsədəuyğun olar. Vergi siyasətində yumşalma və iqtisadi proseslərə ziyan vuran ƏDV-dən tədricən uzaqlaşmaq bu güzəştlərin tətbiqindən daha effektiv olar" - deyə ekspert bildirib.

Qeyd edək ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə (restoran, kafe, çayxana və s.) fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) nağdsız ödəmələr üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.

Xəbər lenti
0