BAKI, 15 fevral — Sputnik. Türkiyədə Arxelogiya Muzeyində bədbəxt hadisə baş verib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, təmir-bərpa işləri zamanı inşaat nərdivanı çöküb. Məlumata görə, baş verən iş qəzası nəticəsində 5 işçi inşaat nərdivanı altında qalıb. Hadisə yerində bir nəfərin öldüyü deyilir. Bundan başqa 4 nəfərin ağır yaralandığı açıqlanıb. Onlardan ikisinin vəziyyətinin daha ağır olduğu bildirilir.