CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik yenə də sahibkarlara müraciət etdi

© Sputnik / Anar MustafayevMəhsulun istehsal tarixini göstərən etiket, arxiv şəkli
Məhsulun istehsal tarixini göstərən etiket, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarlara bir daha müraciət edilir ki, əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər dərhal bu barədə Agentliyə məlumat versinlər

BAKI, 15 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib. Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə bildirilir ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı  və tətbiqi yolverilməzdir.

Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

Sahibkarlara bir daha müraciət edilir ki, əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə agentliyə məlumat versinlər. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Xəbər lenti
0