CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin tapşırığının icrasına başlanıb: Sakinlər köçürülüb, ərazi boşaldılıb

© Sputnik / Ilham AhmadovŞamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində işlər davam edir
Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində işlər davam edir - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin olaraq rayon ərazisində 64 evin yaşamaq üçün təhlükəli olduğu müəyyən edilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində işlər davam etdirilir. Artıq qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib.

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, Şamaxıda fevralın 5-də baş verən zəlzədən sonra sakinlər tərəfindən rayon icra hakimiyyətinə 1656 müraciət daxil olub. İlkin olaraq rayon ərazisində 64 evin yaşamaq üçün təhlükəli olduğu müəyyən edilib.

Birinci mərhələdə 29 evin sökülməsi və yenidən tikilməsi nəzərdə tutulub. Yaradılan müvafiq komissiya hazırda şəhər də daxil olmaqla kəndlərdə qəzalı evlərə baxış keçrirərək, hesablama işlərini davam etdirir.

Qeyd edək ki, zəlzələ xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub. Hazırda zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.

© Sputnik / Ilham AhmadovŞamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində işlər davam edir
Prezidentin tapşırığının icrasına başlanıb: Sakinlər köçürülüb, ərazi boşaldılıb - Sputnik Azərbaycan
Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində işlər davam edir

Xatırladaq ki, fevralın 5-i gecə saat 23.20 radələrində baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunun yaşayış evlərinə, eləcə də bir sıra qeyri-yaşayış obyektlərinə külli miqdarda ziyan dəyib. Yerli sakinlərin bir çoxu yeraltı təkanların təkrarlanacağından qorxaraq gecəni küçədə keçirib.

Zəlzələ nəticəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. İlkin məlumatlara əsasən, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Abşeronun palçıq vulkanları  - Sputnik Azərbaycan
HADİSƏ
Şamaxıda vulkan püskürməsi evlərə ziyan vurub

Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Bundan başqa, baş vermiş zəlzələ nəticəsində həyətyanı sahələrın divarları uçub. Eləcə də evlərin barılarında böyük çatlar və dağıntılar əmələ gəlib.

Zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəbin binası da qəzalı vəziyyətə düşüb. İki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb. Binanın 3-cü və 2-ci mərtəbəsində çatlar yaranıb.

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib.

Həmçinin, Şamaxının bir çox köhnə məktəb binalarında da xırda çatlar əmələ gəlib. Əraziyə aidiyyəti qurumların rəsmiləri baxış keçiriblər.

Fevralın 7-də Prezient İlham Əliyev hadisə baş verən əraziyə gedib. Vəziyyətlə yerində maraqlanıb və lazımi göstərişlərini verib.

Xəbər lenti
0