Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda baş vermiş ağır yol qəzası, görün nələri üzə çıxardı

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Ayırıcı zolağa belə dirək o halda qoyula bilər ki, onun eni minimum 5 metr olsun və çəpərləmə də olsun"

BAKI, 14 fevral — Sputnik. "2 gün əvvəl Z.Bünyadov prospektində baş vermiş bir qəza diqqətimi çəkdi. Çünki yol hərəkəti təhlükəsizliyi ilə bağlı ciddi problemləri üzə çıxarır".

Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib - Sputnik Azərbaycan
HADİSƏ
Balakəndə ağır qəza nəticəsində ölən və yaralananlar var - FOTO

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, hadisə gecə baş verib və taksi prospektin ortasındakı işıq dirəyinə çırpılıb, özü də düz sərnişinin əyləşdiyi yerdən - sağ yandan.

"Deformasiya dərəcəsinə əsasən demək olar ki, belə qəzada və bu avtomobildə sərnişinin sağ qalmaq şansı yoxdur. Təəssüf ki, belə də olub: sərnişin yerindəcə dünyasını dəyişib. Böyük ehtimalla, sürücünün də çox ciddi xəsarəti var" - deyə Hüseynov bildirib.

O, qeyd edib ki, bu hadisədə diqqətini təhlükəsizlikə bağlı bir neçə nüans çəkib: "Belə ki, prospektin ortasında cəmi 40-50 sm-lik ayırıcı zolaqdakı sərt poladdan işıq dirəyi var. Standarta əsasən isə, ayırıcı zolağa belə dirək o halda qoyula bilər ki, onun eni minimum 5 metr olsun və çəpərləmə də olsun".

"Dirəyin belə "davamlılığı" da sual doğurur (videodan görünür ki, dirəyin boyası azca sürtülüb). Avtomobilin nömrəsindən ehtimal edə bilərik ki, bu, lizinq predmeti olan avtomobildir. Həmin avtomobillərin çoxunun yollarda idarə olunması tərzi isə, xüsusi araşdırma mövzusudur" - ekspert yazıb.

"Bunu aydınlaşdırmaq lazımdır ki, hansı səbəblər bu sürmə tərzini formalaşdırır: bəlkə kimsə onları himayə edir, dözülməz planları, borcları, faizləri və s. var? Axı faktiki olaraq lizinq şirkətləri və banklar üçün işləyən, sonda isə özlərinə heç nə qalmayan (borc başa çatanadək bu avtomobillərin çoxu yarasız olur) bu sürücülər niyə belə edirlər?" - Ə.Hüseynov sual edib.

Sonda o, bunları əlavə edib: "Başqa problemlərlə sizi yormaq istəmirəm. Amma arzuladığımız hərəkət təhlükəsizliyi çox şeylərə diqqət etməyi və ən başlıcası nəticə çıxarmağı tələb edir".

Xəbər lenti
0