İlham Əliyev yüksək rütbəli məmur barədə sərəncam imzaladı

Abunə olmaq
Mahmud Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

BAKI, 14 fevral - Sputnik. Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncamı imzalayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur. 

Xəbər lenti
0