Qatil ana uşağını öldürüb, cəsədini yandırdı

© Sputnik / Anar MustafayevHəbs edilmiş qadın, arxiv şəkli
Həbs edilmiş qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın uşağı dəcəllik etdiyi və yemək yemədiyi üçün öldürdüyünü deyib

BAKI, 14 fevral — Sputnik. ABŞ-da dəhşətli qətl hadisəsi baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Nakira Qriner adlı qadın uşağını vəhşicəsinə öldürüb.

Sosial şəbəkədə fotolarını paylaşmaqla məşhur olan qadın keçən həftə sonu parkda ona hücum olduğunu iddia edib. Nakira Qriner polisə deyib ki, 23 aylıq Daniel adlı oğlu oğurlanıb.

© sozcu24 yaşlı Nakira Qriner oğlu ilə
Qatil ana uşağını öldürüb, cəsədini yandırdı - Sputnik Azərbaycan
24 yaşlı Nakira Qriner oğlu ilə

Qadın vurulduğunu, yerə yıxıldığını və hətta cinayətkar tərəfindən təpikləndiyini də iddia edib. Guya ki, daha sonra ayağa qalxan zaman arabada olan uşağının qaçırıldığını görüb. Amma uşağın necə qaçırıldığını dəqiq anlatmayıb.

Bir neçə dəfə sorğu-sual olunan Qriner hər dəfə fərqli açıqlama verib. Polislər qadından şübhələnərək, onun evində araşdırma aparıblar. Polislər evdən insan hissələri tapıblar və qadını təkrar sorğu-sual edərək, onu həbs ediblər. Onun çantasında uşağın əzası tapılanda isə hər şey ortaya çıxıb...

Qadın dəlillər qarşısında qalaraq cinayətini etiraf edib. O, uşağı dəcəllik etdiyi və yemək yemədiyi üçün öldürdüyünü deyib. Daha sonra o, cəsədi yandırıb.

Cinayət, uşağa əl qaldırmaq, cəsədi məhv etmək, dəlilləri gizlətmək maddələri ilə suçlanan qadın həbsxanaya göndərilib.

Xəbər lenti
0