CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaçılara şad xəbər

© Sputnik / Rashad KeremogluƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
Minimum pensiya məbləğinin artırılması, ümumilikdə 233 min pensiyaçını əhatə edəcək

BAKI, 14 fevral — Sputnik. "Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq və nəticədə 233 min nəfərin pensiyasında artım olacaq".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident pensiyalarla bağlı sərəncam imzaladı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

Nazirin sözlərinə görə, minimum pensiya məbləğinin artırılması, ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək: "Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq".

"Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək" - deyə S.Babayev vurğulayıb.

Xəbər lenti
0