“Azərbaycanda bələdiyyələrin səlahiyyət məsələləri məhduddur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərərgahının Bələdiyyə seçkiləriylə bağlı fəaliyyət proqramının təqdimatında qərargahın rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
“Bəzi səlahiyyətlər həm yerli icra strukturuna, həm də bələdiyyələrə paralel olaraq verilir. Nəticədə bələdiyyələr səlahiyyətlərindən istədiyi kimi istifadə edə bilmir. İstəyimiz odur ki, gələcəkdə formalaşacaq bələdiyyələrdə bu kimi hallar olmasın. Ona görə də, görəcəyimiz işlərdən biri yeni tövsiyyələrin hazırlanmasıdır. Yəni bələdiyyələrə verilən hansısa səlahiyyət digər qurumlara verilməsin. Bu hallar yerlərdə bələdiyyələrin işini iflic edir. Biz bələdiyyələrin nüfuzunu artırarıqsa, Azərbaycan gələcəkdə qərb standartlarına uyğun yerli hakimiyyət qura bilər”, - deyə o bildirib.
Məhərrəm Zülfüqarlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz