BAKI, 14 fevral — Sputnik. Bu gün səhər saatlarında 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, "Toyota" markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib.
Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü isə hadisə yerində keçinib.
İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.
Səhiyyə Nazirliyinin Sputnik Azərbaycan-a verilən məlumata görə, həyatını itirən şəxs 1970-ci il təvəllüdlü bir vətəndaşdır. Onun adı hələlik açıqlanmır.