CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci vitse-prezident Mehriban Əliyevaya “Qurani Kərim” hədiyyə edilib

© AZƏRTACBirinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib - Sputnik Azərbaycan
Abunə olmaq
“İmamzadə” kompleksində Azərbaycanın Birinci vitse-prezidentinin adından ehsan süfrəsi verilib

BAKI, 14 fevral - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksinin yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçiləri qəbul etdiyini bildirib. Qeyd edilib ki, bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib.

© AZƏRTACBirinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyevaya “Qurani Kərim” hədiyyə edilib - Sputnik Azərbaycan
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Mehriban Əliyevaya və Leyla Əliyevaya “Qurani Kərim” hədiyyə edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva burada ziyarətə gələnlərlə görüşüb.

Qeyd edək ki, fevralın 14-də “İmamzadə” kompleksində Azərbaycanın Birinci vitse-prezidentinin adından ehsan süfrəsi verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədəki uşaq evinə də baş çəkiblər.

Uşaq evinin direktoru Nazilə İsmayılova hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirib. Qeyd edilib ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub.

© AZƏRTACBirinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyevaya “Qurani Kərim” hədiyyə edilib - Sputnik Azərbaycan
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış olub, müəssisənin azyaşlı sakinləri ilə görüşüb.

Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlanıb.

Uşaqlar da Mehriban Əliyevanın ətrafına toplaşıb istək və arzuları ilə bölüşüblər, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışıblar.

Uşaqları böyük maraqla dinləyən Heydər Əliyev Fondunun prezidenti onlara yaxşı oxumağı tövsiyə edib, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğulayıb.

Xəbər lenti
0