Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Balakəndəki qəribə oğrunu şeytan yoldan çıxarıbmış

© pixabay / JesusManuel1Açarla açılmış qapı, arxiv şəkli
Açarla açılmış qapı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Balakəndə mənzildən ciddi məbləğdə pul oğurlayıb sonra onu geri qaytaran qəribə oğru hələ də saxlanılmayıb. Balakən rayon Polis Şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda əməliyyatçılar şübhəli şəxsin müəyyən edilməsi üzərində iş aparır.

Витрина магазина в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclis üzvü: "Maddi ehtiyac üzündən oğurluq edənlərə görə cəmiyyət utanmalıdır"

Qeyd edək ki, sözügedən hadisə yanvarın 25-i rayonun Qullar kəndində baş verib. Kənd sakini Sabir Teliyev yaşadığı evdən naməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən RPŞ tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay olub. Belə ki, S.Teliyevin yaşadığı evdən pul və qızılları oğurlayan şəxs və yaxud şəxslər oğurladıqlarını geri qaytarıblar. Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub. Oğru içində pulların olduğu kisəyə bu sözlərin yazıldığı kağızı da qoyub: "Şeytan məni yoldan çıxarıb. Oğurladıqlarımı geri qaytarıram".

Bununla belə, oğrunun tamahı vicdana nisbətən üstün gələ bilib. O, oğurladığı pulun 3 800 dollarını xərcləyib. Çünki geri qaytarılan pulların içində bu qədər dollar əskik olub.

Polisin bildirdiyinə görə, pulların Teliyevin evinə gedib-gələn adamların oğurladığı istisna edilmir. O da məlumdur ki, Teliyev tez-tez qazanc üçün Rusiyaya gedir. Oğrular onun evində pulun olduğunu biliblər. Odur ki, birbaşa pəncərədən pulun saxlandığı otağa daxil olublar.

Xəbər lenti
0