BAKI, 12 fevral — Sputnik. Türkiyədə FETÖ araşdırması nəticəsində 76 vilayətdə əməliyyat keçirilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, ümumilikdə, 1112 şübhəli şəxs haqqında həbs qərarı verib.
Əməliyyat 2010-cu ildə polis rəisi köməkçiləri vəzifəsinə keçirilən sınaqlara müdaxilə edilən şəxslərə qarşı yönəlib.
Xatırladaq ki, fevralın 5-i Türkiyənin İzmir, Konya, Kocaeli və Bursa şəhərlərində FETÖ (Fətullahçı Terror Təşkilatı) şəbəkəsinə qarşı növbəti əməliyyat keçirilib. Əməliyyat zamanı 50-dən çoxu hərbçi olmaqla, ümumilikdə, 132 nəfər tutulub.
Əməliyyatın hədəfi Türk Silahlı Qüvvələri daxilinə sızmış şəbəkə üzvlərini zərərsizləşdirmək olub. Saxlanılan hərbçilər arasında zabitlər, çavuşlar və sıravi əsgərlər var.