Təqdim edilən donların çoxu əl işi olub. Bəzilərinin ərsəyə gətirilməsinə aylar, yuxusuz gecələr sərf edilib. Amma dizaynerlərin işi hədər getməyib.
Çünki ortaya qoyulan dəfilə olduqca rəngarəng və yaddaqalan alınıb.
“Dress of the World” nominasiyasının qalibi isə rumıniyalı modelyer Larisa Ana İvan olub.
Defilenin ikinci hissəsi toy obrazlarına həsr edilib. Bəzi iştirakçılar öz milli geyimlərini nümayiş etdirib, bəziləri isə, tamamilə, qeyri-ənənəvi gəlin obrazı yaratmağa çalışıblar. Münsiflər heyətinin fikrincə, bu işin öhdəsindən ən yaxşı Moldova komandası gəlib.
Qeyd edək ki, Çempionatın təşkilatçısı Dünya Gözəllik Konqresi (World Beauty Congress) olub.