Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədrinə təşəkkür etdi

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O.Əsədov TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edildiyini bildirib

BAKI, 12 fevral - Sputnik. Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırıma təşəkkür edib.

Sputnik Azərbaycan xəbər verir ki, O.Əsədov TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edildiyini bildirib: "Qardaş ölkənin parlament sədrinə buna görə hamınızın adından təşəkkürümüzü bildiririk".

Daha sonra O.Əsədov deputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri vəzifəsinə təyin edilməsi münsaibətilə təbrik edib.

Xəbər lenti
0