CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda zirzəmidən kişi meyiti tapılıb

© Sputnik / Irade JELILЗдание начали строить в 2008 году
Здание начали строить в 2008 году - Sputnik Azərbaycan
Abunə olmaq
Tikilməkdə olan binanın zirzəmisində cəsəd aşkar edilib

BAKI, 12 fevral — Sputnik. Azərbaycanın paytaxtında binalardan birinin zirzəmisində orta yaşlı kişinin cəsədi tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Fevralın 11-də saat 20:50 radələrində Bakıda, Şəfayət Mehdiyev küçəsi 97 ünvanında yerləşən tikintisi başa çatmamış binanın zirzəmisində naməlum kişi meyiti tapılıb.

Cəsəd üzərində gözlə görünən hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Kişinin şəxsiyyəti hələlik müəyyən edilməyib. Hazırda bu istiqamətdə iş aparılır.

Kişinin 40-45 yaşlarda olduğu və səfil həyat tərzi keçirdiyi güman edilir. Hələlik ölümün səbəbi dəqiqləşdirilməyib.

Xəbər lenti
0