Putin-Ərdoğan-Ruhani görüşündən əvvəl Türkiyəyə kritik səfər

© Photo : Kayhan Ozer / Turkish Presidential Palace / Handout via REUTERSTürkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il
Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il  - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər Türkiyə müdafiə naziri Hulusi Akarın dəvəti ilə gerçəkləşəcək

BAKI, 11 fevral — Sputnik. Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bu gün Türkiyəyə səfər edəcək. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

ABŞ ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ Senatı ordunun Suriyadan çıxarılmamasına qərar verib

Məlumata əsasən, səfər Türkiyə müdafiə naziri Hulusi Akarın dəvəti ilə gerçəkləşəcək. Tərəflərin təkbətək görüş keçirməsi planlaşdırılır.

Görüş zamanı Soçidə Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin üçtərəfli görüşündən əvvəl Suriyadakı vəziyyətin, xüsusilə də İdlib regionundakı son durumun müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani fevralın 14-də Soçidə Suriya üzrə keçiriləcək sammitdə İdlibdəki vəziyyəti, siyasi prosesi və Birləşmiş Ştatların öz qoşunlarını Suriya ərazisindən çıxarmasını müzakirə edəcək. Görüşdə, həmçinin Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olacaq.

Xatırladaq ki, üçtərəfli görüşlə yanaşı, Soçidə Rusiya və Türkiyə prezidentlərinin ikitərəfli görüş keçirməsi də planlaşdırılır.

Xəbər lenti
0