CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruzda əfv gözlənilir

© Sputnik / Irade JELILHəbsxana divarında tikanlı məftillər, arxiv şəkli
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib

BAKI, 11 fevral — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a komissiya üzvü Əliməmməd Nuriyev xəbər verib.

Onun sözlərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. Komissiyanın iclasları gələn ayadək davam etdiriləcək.

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.

Xəbər lenti
0