Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ayın əvvəlindən 600 min işçinin əmək haqqı artacaq

© Sputnik / Irade JELILƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov - Sputnik Azərbaycan
Abunə olmaq
Minimum əmək haqqının artırılmasının konkret olaraq hansı sahələrdə çalışan işçilərə şamil olunması və onların əmək haqlarında ediləcək artımlar barədə jurnalistlərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb

BAKI, 11 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqı artımının sosial-iqtisadi əhəmiyyəti, artımın hansı işçilərə şamil olunması, iş yerlərində artım mexanizmlərinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində brifinq keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Minimum əmək haqqı artırıldı

Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov dövlət başçısının 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasının mühüm sosial və iqtisadi əhəmiyyəti barədə məlumat verib.

Şöbə müdiri dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən azı 600 min işçinin Sərəncamla gələn ayın əvvəlindən əmək haqqının artacağını deyib. O, 19 pillədən ibarət Vahid Tarif Cədvəli (VTC) üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında artımın olacağını, bu artımın orta hesabla 30 faiz təşkil edəcəyini bildirib.

Minimum əmək haqqının artırılmasının konkret olaraq hansı sahələrdə çalışan işçilərə şamil olunması və onların əmək haqlarında ediləcək artımlar barədə jurnalistlərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Xəbər lenti
0