CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmlak alqı-satqısı edən zaman diqqətli olun, şərtlər əleyhinizə çevrilə bilər

© Photo : pixabay / Free-PhotosЧеловек, работающий с документами
Человек, работающий с документами  - Sputnik Azərbaycan
Abunə olmaq
"Əksər insanlar vergilərdən yayınmaq üçün alqı-satqı prosesini bağışlama adı ilə həyata keçirirlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. İnsanlar arasında ən çox mübahisəyə səbəb olan məsələlərdən biri də daşınmaz əmlakın alqı-satqısı prosesidir. Xüsusilə torpağın icarəyə verilməsi və bağışlanması zamanı yaranan anlaşılmazlıqlar böyük mübahisələrə səbəb olur.

Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əmlakı keçmiş arvadı tərəfindən əlindən alınan kişi həyatdan bezib

İcarəyə verilən torpağın sahibi ilə onu icarəyə götürənin sözləri düz gəlməyəndə isə, iş, hətta məhkəməyə qədər gedib çıxır. Qəribəsi odur ki, problemlə qarşılaşan hər iki tərəf özünü haqlı hesab edir.

Sputnik Azərbaycan əksər vətəndaşların qarşılaşdığı bu problemə aydınlıq gətirmək üçün ekspertlərin fikirlərini öyrənib.

Hüquqşünas Elyar Həsənov bildirib ki, torpağın icarəyə verilməsi müqavilədən asılı olaraq dəyişir: "Əgər tərəflər arasında müqavilə bağlanan zaman heç bir şərt qoyulmayıbsa, o zaman bu, qanunla tənzimlənir. Məsələn, icarəyə verən torpağı pul qarşılığında verir. İcarəyə verən şəxs torpağını istədiyi şərtlə icarəyə verə bilər. İcarəyə götürən də müqavilə şərtlərinə əməl etməlidir".

"Əks halda şərtləri pozduğu üçün torpaq əlindən alına bilər. Həmçinin, icarə pulunu vaxtında verməzsə, o zaman icarəyə verənin müqaviləni pozmağa ixtiyarı var. Amma hüquqi cəhətdən o da mümkündür ki, 50 illik icarəyə verilən torpaq bir il sonra geri alınsın" – deyə hüquqşünas qeyd edib.

E.Həsənov torpağın bağışlanılma yolu ilə satılması məsələsinə də aydınlıq gətirib: "Əksər insanlar vergilərdən yayınmaq üçün alqı-satqı prosesini bağışlanma adı ilə həyata keçirirlər. Bu zaman da problemlər yaranır. Bəzən alan tərəf pulun bir qismini vermir, sonra verəcəyini desə də, sözünə əməl etmir. Nəticədə problem yaranır".

Əmlak Məsələləri Dövlət Komitəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət əmlakının icarə pulunu bu yolla da ödəmək mümkün olacaq

O vurğulayıb ki, bağışlayan şəxs müqavilə bağlayandan 1 il müddətində sübut etsə ki, torpağı satmaq üçün bağışlayıb, o zaman torpağı geri qaytara bilər: "Onda da vergidən yayındığı üçün cərimə olunacaqlar. Praktikada da belə hal çox olur. Nəticədə ciddi problemlər yaranır".

"Amma torpağı olan şəxs istədiyi birinə torpağı, sadəcə bağışlayırsa, cəmi 6 ay müddətində onu geri qaytara bilər. Əks halda bu, mümkün deyil" - deyə Həsənov əlavə edib.

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə isə, müqavilə bağlanan zaman icarə müddətinin yazılması mütləq şərtdir: "Amma bəzən icarə müqaviləsi uzun müddətli olur və icarəyə götürən şəxs onun üzərində tikinti işləri apara bilər. Əgər müqavilə şərti tez pozulursa, bu zaman icarəyə verən həmin xərcləri geri qaytarmalıdır. Ona görə də bələdiyyə və digər torpaqları icarəyə verənlər bunları nəzərə almalıdır".

R.Osmanlı vurğulayıb ki, müqavilə imzalanandan öncə hər iki tərəf müqaviləni diqqətlə oxumalıdır: "Əks halda anlaşılmazlıq olur və problem məhkəməyə kimi gedib çıxır".

"Bağışlanma halları olanda da insanlar hüquqlarını bilmirlər. Bağışlayan şəxs 6 aya kimi bağışladığı əmlakı geri qaytara bilər. 6 ay keçəndən sonra bu, mümkün olmayacaq" – deyə o bildirib.

Xəbər lenti
0