BAKI, 11 fevral — Sputnik. Ağsu rayonunda zəlzələ baş verib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkan yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.