CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oturaq həyatın dəhşətli fəsadı ortaya çıxdı

© pixabay / GadiniTelevizorun pultu, arxiv şəkli
Televizorun pultu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bir saat oturaraq televizora baxmaq onkoloji xəstəliyin yaranma riskini 12% artırır

BAKI, 8 fevral — Sputnik. Amerikalı alimlərin apardığı araşdırma zamanı məlum olub ki, uzun müddət bir yerdə oturub televizora baxmaq bağırsaq xərçəngi yaranmasına səbəb olur. Bu, xüsusilə 50 yaşa kimi olan insanlar arasında daha çox yayılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlər 1989-cu ildən aparılan araşdırma nəticəsində belə qənaətə gəliblər.

Bu illər ərzində 89000 şəxs arasında araşdırma aparıb. Onlarda kolorektal xərçəngin 118 halı araşdırdıqdan sonra, tədqiqatçılar belə qərara gəliblər ki, bir saat oturaraq televizora baxmaq onkoloji xəstəliyin yaranma riskini 12% artırır.

Televizor qarşısında 2 saatdan çox vaxt ərzində oturan insanların xəstəliyə tutulma riski 70 faizdən çoxdur.

Xəbər lenti
0