Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda şəhid ailələrinə dövlət dəstəyi

Abunə olmaq
Vətənin bütövlüyü uğrunda həyatını vermiş Azərbaycanın ləyaqətli övladlarının - şəhidlərin ailələrinin sosial müdafiəsi ildən ilə güclənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatəsi genişləndirilib, eləcə də onların ailələrinin pensiyaları artırılıb.

Prezident təqaüdlərinin artırılmasına dair fərman 12 mindən artıq şəhid ailəsini əhatə edir. Bu sənədə əsasən fevral ayından etibarən hər bir şəhid ailəsinə ayrılan pensiya 58 manat artırılaraq 300 manata çatdırılacaq. Eyni zamanda ötən il şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində bu kateqoriyadan olan 626 nəfər mənzillə təmin olunub. Bu il isə 800 şəhid ailəsinə mənzil verilməsi planlaşdırılır.

Qeyd edilib ki, qəbul olunmuş qərar əsasında birdəfəlik ödəmə alacaq şəxslərin siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Birdəfəlik ödəmə - 11 min manat vəsait onların bank hesablarına köçürüləcək.

Bununla da indiyədək artıq 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib.

Xatırladaq ki, dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən vərəsələri 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də daxil edilib.

Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Bu barədə daha ətraflı Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyi ilə bağlı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada baxın.

Xəbər lenti
0