Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ərzaq məhsullarının arasından, görün nələr çıxdı

CC0 / stevepb / BulletGüllələr, arxiv şəkli
Güllələr, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Üzərində "Exact heavy diabolo cal 177" yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb

BAKI, 8 fevral — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes Benz S350" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
HADİSƏ
Polis Bakıda qanunsuz silah-sursatı müsadirə edib

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük yoxlamasında avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında - sellofan torbada, üzərində "Premium LEPUS JK6 cal 12" yazılan 150 ədəd ov tüfəngi gülləsi, üzərində "Exact heavy diabolo cal 177" yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb.

Xəbər lenti
0