CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı kəndlərində 20 km uzunluğunda yol çəkilir

© Azerbaijan Highway State AgencyBadam Bağları yaşayış massivinin yolları yenidən qurulur
Badam Bağları yaşayış massivinin yolları yenidən qurulur - Sputnik Azərbaycan
Abunə olmaq
Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək

BAKI, 8 fevral — Sputnik. Bakı şəhərinin qəsəbədaxili yollarının və küçələrinin yenidənqurulması işləri çərçivəsində cari ildə Xəzər rayonunda ümumi uzunluğu 20 km-ə yaxın daxili avtomobil yolu əsaslı şəkildə bərpa olunacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyindən məlumat verilib.

© Azerbaijan Highway State AgencyBadam Bağları yaşayış massivinin yolları yenidən qurulur
Bakı kəndlərində 20 km uzunluğunda yol çəkilir - Sputnik Azərbaycan
Badam Bağları yaşayış massivinin yolları yenidən qurulur

Məlumata görə, artıq bu çərçivədə Xəzər rayonunda Mərdəkan şosesindən ayrılan və "Badam Bağları" yaşayış massivinə gedən yolun, həmçinin bu yola paralel 2 qəsəbədaxili küçənin əsaslı şəkildə bərpası işlərinə start verilib .

Aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Yenidənqurma işləri ümumilikdə ilkin mərhələdə 10 km-ə yaxın yolları əhatə edir. Qeyd edək ki, "Badam Bağları" yaşayış massivinə gedən yolun uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası sıradan çıxmışdı. Sözügedən yola paralel olan iki küçə isə torpaq əsaslı olduğundan burda da vətəndaşların xüsusən payız-qış mövsümündə hərəkətində ciddi problemlər yaşanırdı. Artıq bu problemlərin həlli istiqamətində Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılır.

Layihə çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə iri və xırda asfalt-beton qarışığından yeni yol örtüyü salınacaq.

© Azerbaijan Highway State AgencyBadam Bağları yaşayış massivinin yolları yenidən qurulur
Badam Bağları yaşayış massivinin yolları yenidən qurulur - Sputnik Azərbaycan
1/4
Badam Bağları yaşayış massivinin yolları yenidən qurulur
© Azerbaijan Highway State AgencyBadam Bağları yaşayış massivinin yolları yenidən qurulur
Badam Bağları yaşayış massivinin yolları yenidən qurulur - Sputnik Azərbaycan
2/4

3/4

4/4

Yol boyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkilərinin inşası da layihədə nəzərdə tutulmuş işlərdəndir.

Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Xəbər lenti
0