CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdə yeni təyinatlar var – Jurnalistlərə vəzifə verildi

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Aynur Osmanqızı və Gülnar Əzizovaya vəzifə verildi

BAKI, 8 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti nazirliyə yeni təyinatların olması ilə bağlı xəbər yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.

Qeyd edək ki, hazırkı vəzifəsinə qədər A.Osmanqızı "REPORT" İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında "Xəbər" proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.

Xəbər lenti
0