Milli Məclisin plenar iclasında 32 məsələ müzakirəyə çıxarılacaq

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin növbəti plenar iclası fevralın 12-də keçiriləcək

BAKI, 8 fevral — Sputnik. Milli Məclisin növbəti plenar iclası fevralın 12-də keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 32 məsələ daxil edilib. 

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Milli Məclis ilk plenar iclasına start verib

İlk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

"2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə", "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" protokolların təsdiq edilməsi məsələsinə baxılacaq.

"Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılacaq.

"Valyuta tənzimi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "İcra haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Gənclər siyasəti haqqında", "Kitabxana işi haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Əmək, Cəzaların İcrası məcəllələrində, "Dövlət rüsumu haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında", "Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında" qanun layihələrinə ikinci oxunuşda baxılacaq.

 

Xəbər lenti
0