BAKI, 8 fevral — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan hökumətinin proqramında Türkiyə ilə əlaqələrin normallaşdırılmasında dair bir kəlmə belə yoxdur. Sputnik Azərbaycan erməni KİV-nə istinadən xəbər verir ki, bunu "Jovohurd" nəşri yazıb.
Proqramın layihəsi ötən gün yayımlanıb. Hökumət, həmçinin fevralın 8-dək layihə üzərində redaktə işləri aparılacaq və yalnız bundan sonra təsdiqlənməsi üçün parlamentə təqdim olunacaq.
71 səhifəlik proqramda xarici siyasətə dair bölmədə qeyd olunur ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərəcək.
Həmçinin proqramda vurğulanır ki, danışıqların effektivliyi üçün sülhə səbəb olacaq atmosferin olması olduqca önəmlidir.