BAKI, 8 fevral — Sputnik. Türkiyənin tanınmış aktyoru Yalçın Menteş dünyasını dəyişib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, şəkərli diabet xəstəliyindən və ağ ciyər xərçəngindən əziyyət çəkirdi.
Посмотреть эту публикацию в Instagram
2013-cü ildə aktyorun bir ayağı amputasiya olunub. Bir müddət "Göztəpə" klinikasında müalicə alan sənətkarın səhhətində yaranan problemlər get-gedə ağırlaşıb. Aktyor dünən axşam saatlarında vəfat edib.
Qeyd edək ki, Yalçın Menteş 1960-cı ildə İzmirdə anadan olub. O, "Tatlı Kaçıklar" serialındakı rolu ilə tanınıb.