Nazir: "Yerin altından insan səsləri gəlir"

© AP Photo / Emrah Gurelİstanbulda çökən səkkizmərtəbəli binanın yerində xilasetmə işləri davam edir
İstanbulda çökən səkkizmərtəbəli binanın yerində xilasetmə işləri davam edir - Sputnik Azərbaycan
Abunə olmaq
"Oradakı yaralı vətəndaşlarımızı da qısa zamanda xilas edəcəyik” - Murad Kurum

BAKI, 7 fevral — Sputnik. İstanbulun Qartal adlanan ərazisində çökən səkkizmərtəbəli binanın yerində xilasetmə işləri davam edir.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ölkənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum jurnalistlərə açıqlamasında son vəziyyətlə bağlı məlumat verib.

O bildirib ki, indiyə qədər 13 nəfər dağıntılar altından sağ çıxarılıb. Onlardan biri azyaşlı uşaqdır. Nazir qeyd edib ki, növbəti 24 saat ərzində də dağıntılar altında qalan şəxslərin xilas olunması üçün gücləndirilmiş iş rejimində fəaliyyət davam edəcək.

“Hələ də yerin altından səslər gəlir. Oradakı yaralı vətəndaşlarımızı da qısa zamanda xilas edəcəyik” – deyə Kurum bildirib.

Qeyd edək ki, ötən gün baş verən hadisə nəticəsində, hələ ki, 3 nəfərin öldüyü açıqlanıb.

Xəbər lenti
0