BAKI, 7 fevral — Sputnik. "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.
Bakı Metropoliteninin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub.
Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.