ABŞ-da bank soyğununun qarşısı təsadüf nəticəsində alınıb

Abunə olmaq
"Biz bu quyunu bir bankı soymaq niyyəti ilə qazıldığını düşünürük"

BAKI, 7 fevral — Sputnik. ABŞ-ın Florida ştatında çuxur zənn edilən quyunun əslində banklardan birinə doğru istiqamətlənən tunelin girişi olduğu bəlli olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Amerikanın Federal Təhqiqatlar Bürosu bu haqda məlumat yayıb.

FTB-nin rəsmisi Maykl Leverok bu cür bir tunelin, yəni quyu kimi görünən bir yerin qazılmasının səbəbini belə izah edib: "Belə bir şeyi sadəcə olaraq filmlərdə görmüşük. Bu çuxur çox kiçikdir. Biz bu quyunu bir bankı soymaq niyyəti ilə qazıldığını düşünürük".

Xəbər lenti
0