Ramil Osmanlı: “Bazarda olan qiymətlər əhalinin gəlirlərinə adekvat deyil”
“Son illər avtomobil bazarında müşahidə olunan qiymət dəyişmələrinin bir sıra səbəbləri var”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Ramil Osmanlı bildirib ki, idxalı məhdudlaşdırılan inzibati qərarların qəbulu, o cümlədən, maliyyə bazarlarında baş verən proseslər avtomobil bazarındakı vəziyyətə ciddi təsir göstərib: “Bu yeni avtomobillərin qiymətində özünü göstərib. Burada inhisarçılıq edən sahibkarların da təsiri var. Bu proseslərin sonunda Azərbaycan avtomobil bazarında əhalinin gəlirlərinə adekvat olmayan qiymət dəyişmələri müşahidə edirik”.
Ramin Osmanlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz