Vətəndaşlara xəbərdarlıq olunur

© Sputnik / Murad OrujovСтанция метро "28 Мая"
Станция метро 28 Мая - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək

BAKI, 6 fevral - Sputnik. Fevralın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Дождливая погода в Баку - Sputnik Azərbaycan
Gözlənilən hava şəraitindən xəbərdar olun

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında isə fevralın 7-də hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0